
Azərbaycanın müalicəvi sağlamlıq turizminin mərkəzi sayılan, unikal müalicəvi əhəmiyyətli neftinə görə dünyada böyük şöhrət qazanmış Naftalan şəhərində sakinlərin həmçinin, şəhərə gələn yerli və xarici turistlərin rahatlığının təmin olunması üçün şəhərin bütün infrastrukturunun inkişafına diqqət daha da artırılıb.
Gununsesi.info xəbər verir ki, velosiped həvəskarlarının daha rahat hərəkəti üçün şəhərdə 7 km yaxın velosiped zolağı çəkilib.
Həmçinin, şəhərdə DTA və ATB tərəfindən turislər üçün yeni istiqamətverici turizm məlumat nişanları və ərazi göstərici nişanları quraşdırılıb.