
DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Ermənistan – Rumıniya oyunu (3:2) zamanı stadionun tribunasında qondarma rejimin bayrağı asılıb.
Gununsesi.info xəbər verir ki, bununla əlaqədar AFFA tərəfindən FİFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq.
Bu barədə asossiasiyanın rəsmi sosial hesabında payalaşım edilib.
“2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Ermənistan – Rumıniya oyunu zamanı stadionun tribunasında separatçı rejimin qondarma bayrağının asılması ilə əlaqədar AFFA tərəfindən FIFA-ya müvafiq qaydada müraciət ünvanlanacaq”, – deyə paylaşımda qeyd olunub.
Gununsesi.info