
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasını (AFFA) korrupsiyada ittiham edən hüquqşünas Aslan İsmayılov məhkəməyə verilib.
Gununsesi.info Musavat.com-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə hazırlıq iddiası keçirilib və iddia məhkəmə baxışına qəbul olunub.
Bildirək, Aslan İsmayılov sosial mediadakı çıxışlarında AFFA-nı korrupsiyada ittiham edirdi. Buna görə də AFFA onu məhkəməyə verib. AFFA Aslan İsmayılovdan üzrxahlıq və 10 min manat tələb edir. Tələb edilən pulun isə, məhkəmə qərarından sonra “YAŞAT Fondu”na köçürülməsi istənilib.
Gununsesi.info