Adnan Əhmədzadənin həbs xəbəri yayılıb

  • By admin
  • 20 Sentyabr 2025 00:50

Məşhur iş adamı Adnan Əhmədzadənin həbs olunmasına dair xəbər yayılıb.

Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, xaricdə yaşayan iş adamı bir neçə gün öncə Azərbaycana gəlib və həbs də Bakıda gerçəkləşib.

Əməkdaşımız gün ərzində Adnan Əhmədzadənin şəxsi nömrəsinə  zəng etsə də onun telefonu  bağlı olub.

Qeyd edək ki, SOCAR-da uzun illər yüksək vəzifələr tutan Adnan Əhmədzadə iki il əvvəl ABDA İnvest Holdinqi təsis edib.

 

Bu holdinq tikinti, logistika, kənd təsərrüfatı, supermarket şəbəkələri və kino zallarına qədər müxtəlif sahələrdə fəaliyyət göstərir. Onun sahib olduğu şirkətlər arasında İspaniyada və İngiltərədə qeydiyyatdan keçmiş daşınmaz əmlak və investisiya ilə məşğul olan qurumlar da mövcuddur.

 

Elmar

Gununsesi.info