Abşeronda evdən meyit tapılıb

  • By ilhame
  • 23 Dekabr 2023 19:34

Abşeronda evdən meyit tapılıb.

 

Bu barədə sayta Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

 

“112” qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı qəsəbəsində 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

 

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

 

Gununsesi.info