
ABŞ-ın Yunanıstandakı Larissa hərbi bazasına 33,5 milyon dollar sərmayə qoyacağı bildirilir.
Gununsesi.info xəbər verir ki, bu barədə “Kathimerini” qəzeti yazıb.
Məlumatda ABŞ-ın Yunanıstan ilə oktyabr ayında imzaladığı Qarşılıqlı Müdafiə Əməkdaşlıq Müqaviləsi sonrasında Larissa aviabazasında iki anqar və bir dəstək binasının tikintisi üçün 33,5 milyon dollar sərmayə qoyacağı bildirilib.
Xəbərdə bazanın ABŞ-ın Avropadakı aviasiya birlikləri (USAFE) tərəfindən sabit liman kimi istifadə ediləcəyi, Yunanıstanın silahlanma proqramı ilə bağlı ABŞ-dan yeni təkliflərin də gözlənildiyi qeyd edilib.
Məlumata görə, ABŞ-a məxsus 73 helikopter və 995 texnika bu həftə Aleksandrupoli limanı vasitəsilə Yunanıstana gələcək.
Gununsesi.info