ABŞ vətəndaşlarına Venesuelaya səfər etməmək çağırışı

ABŞ-ın Venesueladakı diplomatik missiyası Amerika vətəndaşlarını bu ölkəyə bütün növ səfərlərdən çəkinməyə çağırıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə departamentin rəsmi saytında bildirilib.

Məlumata əsasən, səfirlik Karakas və ətraf ərazilərdə baş verən partlayışlarla bağlı məlumatlardan xəbərdar olduğunu qeyd edib.

Hazırda Venesuelada olan ABŞ vətəndaşlarına evlərindən çıxmamaq və təhlükəsiz şərait yarandıqdan sonra ölkəni tərk etmək tövsiyə olunur.

 

Günay

Gununsesi.info