ABŞ Türkiyənin 6 F-35-ni anqarda saxlayır

  • By admin
  • 23 Yanvar 2022 20:34

Türkiyə və ABŞ arasında F-16 qırıcılarının tədarükü ilə bağlı Vaşinqtonda aparılan danışıqlar müsbət keçib.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Yeni F-16-ların tədarükü və modernləşdirilməsi ilə bağlı rəsmi müraciətlər edilib. Bundan sonra nümayəndə heyəti ABŞ-a getdi, danışıqlar müsbət oldu. Biz mövqeyimizi açıq şəkildə bildirdik. Bunun həm də NATO-nun güclənməsinə köməyini izah etdik. Türkiyə güclüdürsə, NATO-da da güclüdür Türkiyənin gücü NATO-nun gücüdür”, – Hulusi Akar əlavə edib.

Qeyd edək ki, növbəti danışıqların yanvarın sonu-fevralın əvvəllərində keçiriləcəyi gözlənilir. Türkiyəyə tədarük üçün hazır olan 6 F-35 isə hələ də anqardadır. Onların da taleyinə aydınlıq gətiriləcək.

Gununsesi.info