
ABŞ səfirliyindən Tofiq Yaqublunun həbsinə reaksiya verilib
Gununsesi.info xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi oktyabrın 18-də səfirliyin tvıtter hesabında dərc olunmuş xəbərdə Tofiq Yaqublunu azad etməyə çağırıb.
“Biz Tofiq Yaqublunun həbsindən çox narahatıq. Biz Tofiq Yaqublunu və fundamental azadlıqlardan istifadə etdiklərinə görə həbs olunanların hamısını azad etməyə çağırırıq”, – tvitdə deyilir.
Gununsesi.info