Gununsesi.info xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalına danışan Zaxarova ABŞ-ın Moskvadakı səfirliyinin 23 yanvarda Rusiyanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyalarını dəstəklədiyini və bunun daxili işlərə kobud müdaxilə olduğunu vurğulayıb.
Mətbuat katibi sosial şəbəkələrin işləməsini təmin edən ABŞ internet nəhənglərinin etiraz aksiyaları zamanı böyük bir iş gördüyünü qeyd edib: “ABŞ şirkətlərinin bu hərəkətləri mümkün reaksiya baxımından araşdırılır. Bu reaksiya yalnız açıqlama və ya izahat formasında olmayacaq, konkret tədbirlər tələb olunur”.
Rusiya XİN-in sözçüsü qlobal internet şirkətlərinin müəyyən qaydalar çərçivəsində hərəkət etməli olduqlarını vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın Moskvadakı səfirliyi 23 yanvar şənbə günü icazəsiz nümayişlərin keçiriləcəyi yerlərin siyahısını yayımlayıb və ABŞ vətəndaşlarını bu cür tədbirlərdən uzaq durmağa çağırıb. Rusiya XİN səfirliyin veb saytında icazəsiz nümayişlərin yeri və saatı haqqında məlumat yayımlanmasını Rusiyanın daxili işlərinə kobud müdaxilə kimi qiymətləndirib.
Gununsesi.info