ABŞ-ın daha bir aviaşirkəti Çinə uçuşları bərpa edir

ABŞ-ın daha bir aviaşirkəti Çinə uçuşları bərpa edir

ABŞ-ın “United Airlines” aviaşirkəti iyulun 8-dən etibarən Çinə uçuşları bərpa edir. Bu barədə şirkətin İnternet saytında yerləşdirilən açıqlamada qeyd olunur.

Şirkət San-Fransiskodan Şanxaya həftədə iki dəfə reys həyata keçirəcək.

“United Airlines”dən əvvəl digər ABŞ hava şirkəri olan “Delta Airlines” Sietl və Detroytdon Şanxaya uçuşları bərpa edib.

Qeyd edək ki, bir müddət öncə “The Wall Street Journal” məlumat vermişdi ki, Pekin hər iki şirkət üçün uçuş şərtlərini yumşaldaraq hərəsinə həftədə iki dəfə kommersiya reysi həyata keçirməyə icazə verib. Bundan sonra ABŞ Nəqliyyat Nazirliyi Çin aviaşirkətlərinə ABŞ-a həftədə 4 dəfə uçuş həyata keçirməyə icazə verdi.

“The New York Times”ın hesablamalarına görə, ABŞ və Çin aviaşirkətləri bu ilin əvvəlində iki ölkə arasında 325 reys həyata keçirirdilər. Fevralın ortalarına doğru reyslərin sayı həftədə 20 dəfəyə düşüb, onları yalnız Çin aviaşirkətləri həyata keçirirdi.

 

 

Gununsesi.org

COMMENTS