ABŞ-ın Azərbaycandakı səfiri Hüseyn Cavid bağında Navalnının xatirəsini yad etdi - FOTO

ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Bakıda həbsxanada dünyasını dəyişmiş Rusiyanın müxalifət lideri Aleksey Navalnının xatirəsini yad edib.

Gununsesi.info xəbər verir ki, səfir bununla bağlı “X” sosial media platformasındakı hesabında paylaşım edib.

“Bu gün ABŞ səfiri Mark Libbi ilə yanaşı, həyatı boyu Rusiya demokratiyasının daha yaxşı gələcəyini müdafiə etmək üçün inanılmaz cəsarət göstərmiş Aleksey Navalnının xatirəsini ehtiramla yad etmək üçün Hüseyn Cavidin abidəsi önünə gül dəstələri qoydum”, – deyə o qeyd edib.

Gununsesi.info