ABŞ-ın axtardığı məşhur narkobaron həbs edildi

  • By admin
  • 17 İyul 2022 00:17

Meksika Hərbi Dəniz Qüvvələri ABŞ-ın ən çox axtarılanlar siyahısında olan meksikalı narkobaron Rafael Caro Quintero-nun ölkənin qərbindəki Sinaloa əyalətində həbs edildiyini açıqlayıb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, Quintero 1985-ci ildə Amerika narkotik əleyhinə agenti oğurlamaq, işgəncə vermək və öldürməkdə ittiham olunur.

Donanma, 69 yaşında olduğu güman edilən Quintero-nun gizləndiyi kolluqlarda Maks adlı xüsusi təlim keçmiş it tərəfindən tapıldığını açıqlayıb. ABŞ isə Kinteronun dərhal deportasiyası üçün çalışacaqlarını bildirib.

ABŞ-ın baş prokuroru Merrik Qarlan, “Amerika təhlükəsizlik qüvvələrini oğurlayan, işgəncə verən və öldürən heç kimin gizlənəcək yeri yoxdur. Rafael Caro Quintero-nun tutulmasına görə Meksika səlahiyyətlilərinə minnətdarıq” dedi.

Quintero Guadalajara kartelinin üç yaradıcısından biri idi.

 

Afət Abbasova

Gununsesi.info