“ABŞ ermənilərə deyir ki, rusları qovun, hərbi bazalarını çıxarın”

Vaşinqton İrəvana Rusiya bazası və sərhədçilərindən imtina etməyi tövsiyə edir, bunun müqabilində təhlükəsizlik vədi verir.

Gununsesi.info  xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

HTML tutorial

Lavrov belə bəyanatların təxribat, ələalma və diplomatiyadan uzaq olduğunu vurğulayıb.

“Bilirəm ki, ABŞ və onun müttəfiqləri ermənilərə deyirlər ki, rusları, sərhədçiləri öz ərazinizdən qovun, hərbi bazanı çıxarın, amerikalılar təhlükəsizliyin təmin olunmasına kömək edəcək. Açıq təxribatdır. Bu diplomatiya deyil… Artıq diplomatiya yoxdur, birbaşa ələalma var”, – Lavrov deyib.