
ABŞ Dövlət Departamenti dünya ölkələrində insan hüquqlarının durumuna dair 2023-cü il üzrə hesabatını açıqlayacaq.
Gununsesi.info–nun xəbərinə görə, bir neçə gün sonra açıqlanacaq hesabatı Dövlət Katibi Antoni Blinken elan edəcək.
Qeyd edək ki, Dövlət Departamentinin hesabatında Azərbaycanla bağlı da xüsusi hiss olur.
İndiyədək açıqlanan hesabatlarda ölkəmizdə insan haqları və demokratiyanın durumu tənqid olunub.
Ötən ilin Azərbaycanda çoxsaylı həbslərlə yadda qalmasını nəzərə alsaq, o zaman yeni açıqlanan hesabatda da tənqidlərin olacağı qaçılmazdır.
Afət
Gununsesi.info