ABŞ-da təbii qaz bahalaşır

  • By turana
  • 06 Yanvar 2021 17:21
Yanvarın 5-də Nyu York Əmtəə Birjasında (NYMEX) keçirilən hərrac zamanı təbii qazın qiymətləri artıb.

“İnvesting” xəbər verir ki, təbii qazın fevral fyuçersləri 4,61 faiz bahalaşaraq 2,7 USD/MMTBU qiymətinə satılıb.

Təbii qazın bahalaşması daha çox ABŞ dolları indeksinin (6 əsas pul vahdinə qarşı məzənnəsinin) 0,45 faiz azalaraq 89,442-dək geriləməsilə bağlıdır.

Bununla yanaşı, mazutun fevral fyuçersi də 3,56 faiz bahalaşaraq 1,5141 UDS/qallon qiymətinə satılıb.

 

Gununsesi.info