
ABŞ-ın Filadelfiya şəhərində atışma olub.
Gununsesi.info xəbər verir ki, bu barədə “Philadelphia Inquirer” məlumat yayıb.
Məlumata görə naməlum şəxs barda ətrafdakılara atəş açıb. Hadisə zamanı 7 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis bildirib ki, atışmaya mübahisə səbəb olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gununsesi.info