
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Avstriyanın paytaxtı Vyanada başlayan nüvə danışıqları ilə bağlı ölkənin rəsmi nəşri olan “İran qəzeti”ndə məqalə yazıb.
Gununsesi.info xəbər verir ki, Abdullahiyan Qərbi nüvə sazişində verilən “heç bir vədi tutmamaqda” ittiham edib:
“İran xoşməramlılığını nümayiş etdirərək sanksiyaların ləğvi üçün növbəti dəfə danışıqlar aparır. Məqsəd 41 ölkə ilə səmərəli danışıqlara və müsbət razılaşmaya nail olmaqdır. İranın “müsbət razılaşma” əldə etmək üçün lazımi iradəsi var. İran nüvə sazişindən kənar tələbləri qəbul etməyəcək və bu mövzularda danışıqlar aparmayacaq”.
Gununsesi.info