
Ukrayna Prezidenti Vladimir Zelenski ölkə ərazisində başqa dövlətlərin hərbi birləşmələrinin beynəlxalq təlimlərdə iştirak etmək üçün yerləşdirilməsinə icazə verilməsindən ötrü Ali Radaya müraciət ünvanlayıb.
Gununsesi.info xarici KİV-ə istinadla xəbər verir ki, Zelenski bununla bağlı Ali Radaya qanun layihəsi təqdim edib.
Qeyd edək ki, sözügedən layihəyə parlamentin bu həftə baxacağı gözlənilir.
Gununsesi.info