Qarabağ Universitetində işləmək istəyənlərin nəzərinə - Vakansiya elan olundu

Qarabağ Universitetində işləmək istəyənlərin nəzərinə – Vakansiya elan olundu
Qarabağ Universitetində işləmək istəyənlərin nəzərinə – Vakansiya elan olundu
Təhsil 28 Fevral 2024, 18:06
Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.

 

Elm və Təhsil Nazirliyindən Gununsesi.info -ya verilən xəbərə görə, tələblərə cavab verən namizədlər müraciətlərini karabakh@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

 

Vakansiya üzrə son müraciət tarixi 15 mart 2024-cü ildir.

 

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

 

 

Gununsesi.info