
Norveçli radikal sağçı Anders Breyvik 20 kinematoqrafçıya məktub göndərib.
Gununsesi.info “The Sun”-a istinadən xəbər verir ki, 77 nəfərin həyatına son qoymuş qatil onun həyatı barədə film çəkmək və avtobioqrafik kitab çap etməyi təklif edib.
Cinayətkar özünün yazdığı ssenari və kitabın müəlliflik hüquqlarını 7 milyon fint-sterlinqə satmağa hazır olduğunu bəyan edib.
Qeyd edək ki, hazırda həbsxana həyatı yaşayan 42 yaşlı Breyvik 2011-ci ilin iyulun 22-də Oslonun mərkəzindəki parkda 8, Norveç Fəhlə Partiaysının gənclər düşərgəsində isə 69 nəfəri öldürüb. Əməlini Norveç mədəniyyətinin xilası ilə əsaslandıran qatil 21 il həbs cəzası alıb.