49 yaşlı qadın dəm qazından boğuldu

  • By admin
  • 30 May 2022 18:54

Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsi 30 /1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib.

1973-cü il təvəllüdlü Mətanət Dadaşovanın meyiti hamam otağında aşkarlanıb. Qonşuların sözlərinə görə, qadın qeyd edilən ünvanda tək yaşayırmış.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Gununsesi.info