443 rus diplomat qovulub – UKRAYNA-XİN

  • By admin
  • 08 Aprel 2022 21:02

Dünya ölkələri Ukraynada müharibə başlayandan indiyədək artıq 443 rusiyalı diplomatı ölkədən çıxarıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu siyahıda ilk yerdə Polşa qərarlaşıb. Bu ölkə Rusiyanın 45 diplomatını persona non-qrata elan edib. Almaniyda 40, Slovakiya 38, Fransa 35, Sloveniya 33, İtaliya 30, İspaniya 25 diplomatı uzaqlaşdırıb.

Gununsesi.info