29 qazi üçün xaricdən protez gətiriləcək

“Yuxarı ətrafları amputasiya olunmuş 29 qazinin yaxın günlərdə protezlə təminatı prosesinə başlanılacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, İslandiyanın ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə müvafiq ölçülər götürülüb:

“Yaxın günlərdə onların yüksək texnologiyalı protezlərlə təminatı prosesinə başlanılacaq”.

Gununsesi.info