2000-ə yaxın azərbaycanlı qadın və kişi əcnəbi ilə nikaha girib

Ötən il Azərbaycan vətəndaşları ilə (kişi və qadın) əcnəbilər arasında qeydə alınan nikahların sayı açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən “Report”a bildirilib.

Məlumat verilib ki, 2021-ci ildə qeydiyyat orqanlarında Azərbaycan vətəndaşı olan 923 qadının və 850 kişinin əcnəbi ilə nikahı dövlət qeydiyyatına alınıb.

Ümumilikdə ötən il ərzində Azərbaycanda qeydə alınan nikahların sayı 56 319 olub.

Gununsesi.info