Paşinyan: “Bakıda həlak olanların qarşısında baş əyirəm” – FOTO

  • By arzu
  • 20 Yanvar 2021 16:36

Ermənistanın Baş naziri Nikol Paşinyan 20 yanvar 1990-cı ildə Bakıda həlak olanların qarşısında baş əydiyini bildirib.

 

Gununsesi.org xəbər verir ki, news.am-ın məlumatına görə, bu barədə o, jurnalist kimi “Molorak” qəzetində köşə yazısı dərc edibmiş.

1998-ci ilin 11 fevral tarixində dərc olunan “Ermənilər və azərbaycanlılar – oxşar taleyi olan xalqlardır” başlıqlı məqalədə Nikol Paşinyan hər dəfə Azərbaycan və Türkiyənin günahsız qurbanlarına toxunanda ermənilərin ovqatının niyə təlx olunduğunu soruşur.

Paşinyan məqaləsini bu sətirlərlə bitirir: “Yanvarın 20-də mən 1990-cı ilin qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim”.

 

Gununsesi.org