Ermənistanın baş naziri Nikol Paşiyan ABŞ və Avropa İttifaqı ilə tərəfdaşlığı gücləndirməklə yanaşı, Rusiya ilə münasibətləri normal səviyyədə saxlamağa çalışır. Ancaq bu alınmır. Çünki, Kreml Ermənistanın keçmiş illərdə olduğu kimi Rusiyaya bağlı qalmasını, Qərbdən uzaq durmasını istəyir. Bu da alınmır. Bu mümkün olsaydı, erməni cəmiyyəti üçüncü dəfə Nikol Paşinyana və onun partiyasına səs verməzdi. Buna baxmayaraq, Nikol Paşinyan Rusiya rəsmiləriylə dialoqdan qopmamağa çalışır, sadəcə onun Kreml sahibi Vladimir Putinlə tez-tez telefonla danışmasının nəticəsi yoxdur. Putin tələbində israrlıdır: “Ermənistanda Avropa İttifaqı və ya Avrasiya İqtisadi Birliyi mövzusunda referendum keçirilməlidir”. Paşinyan belə bir referendumun keçirilməsinin erkən olduğu düşüncəsindədir. Çünki, ermənilər Avropa İttifaqını seçsələr belə, Brüssel Ermənistanı yaxın onillikdə təşkilata üzv qəbul etməyəcək. Putin bunu bildiyindən Paşinyanı daha çətin vəziyyətə sürükləmək istəyir. Ermənistan məhsullarının Rusiya bazarlarına daxil olmasına qoyulan qadağa bununla əlaqəlidir. Brüssel Ermənistan məhsullarının Avropa İttifaqı bazarına girişini sadələşdirməsə, Paşinyanın durumu mürəkkəbləşəcək. Məhsullarını sata bilməyən ermənilərin etirazı artacaq və bu Kremlin işinə yarayacaq.
-
Müəllif: Şəbnəm
- 28 İyul 2026 12:05
DİGƏR XƏBƏRLƏR
-
28 İyul 2026 12:45
Sabah Azərbaycanda 40 dərəcə isti gözlənilir
-
27 İyul 2026 14:40
Azərbaycanda yeni qanun qüvvəyə mindi
-
27 İyul 2026 13:12
Çimərliklərə getmək istəyənlərə xəbərdarlıq
-
24 İyul 2026 14:53
“Space TV”nin bank hesablarına həbs qoyuldu
-
24 İyul 2026 14:31
Rusiya Silahlı Qüvvələri Xarkov vilayətindəki iki yaşayış məntəqəsi üzərində nəzarəti ələ keçirib
-
13 İyul 2026 16:37
Bəhram Bağırzadə:
-
11 İyul 2026 13:30
Ukrayna: Azov dənizində Rusiyaya məxsus 21 tanker vurulub
-
11 İyul 2026 11:55
Bakıda iki motosiklet toqquşdu:
-
11 İyul 2026 10:31
Media rəhbəri:
-
08 İyul 2026 14:44
Xanımı Messini belə təbrik etdi
-
08 İyul 2026 12:04
İctimai fəal
-
06 İyul 2026 12:23
Faktiki hava:












