Prezident İlham Əliyev Şuşada keçirilən Media Forumda çıxış edərkən “Cənubi Qafqazda “3+3” formatı bərabərhüquqlu altıtərəfli əməkdaşlıq olmalı və növbəti “Minsk qrupu”na çevrilməməlidir” cümləsini işlədib. Fikrimcə, bu format artıq Minsk Qrupuna çevrilməkdədir. Birincisi, qrupun bir üzvü – Gürcüstanın bəlli səbəblərə görə, Rusiya ilə diplomatik münasibətləri yoxdur və rəsmi Tbilisi haqlı olaraq bu formatda iştirak etmir. Yəni indiki halda söhbət yalnız 3+2 formatından gedə bilər. İkincisi, Rusiya və İran hələ də Cənubi Qafqaz ölkələrinin müstəqil qərarlarına hörmət etmirlər. Misal üçün həm Moskva, həm də Tehran açıq-aşkar “Tramp yolu”nun əleyhinədirlər. Bunu ABŞ-ın bölgədə möhkəmlənməsini kimi qəbul edirlər. Azərbaycanın və Ermənistanın istər ABŞ, istərsə də, Avropa İttifaqı ilə sıx əlaqələri müstəqil qərarlardır və başqa dövlətlərin bu qərarların əleyhinə çxıması regional əməkdaşlıq imkanlarını azaldır. “Tramp yolu”ndan xeyli ölkə, o cümlədən Azərbaycan və Ermənistan faydalanacaqlar. Əgər bir ölkə qonşusunun qərarına hörmət etmirsə, onunla bir formatda uzaq məsafə qət etmək mümkün olmayacaq. Azərbaycan üçün ən yaxşısı qonşu ölkələrlə ikitərəfli və üçtərəfli formatları davam etdirməkdir. Əlbəttə, 3+3 formatından imtina edən tərəf biz olmayacağıq, ancaq Rusiya və İranın qonşu ölkələrə münasibətdə siyasətlərini dəyişməyincə, format elə Minsk Qrupu kimi fəaliyyət göstərəcək.
-
By Adminrehimova
- 16 İyul 2026 13:01
DİGƏR XƏBƏRLƏR
-
13 İyul 2026 16:37
Bəhram Bağırzadə:
-
11 İyul 2026 13:30
Ukrayna: Azov dənizində Rusiyaya məxsus 21 tanker vurulub
-
11 İyul 2026 11:55
Bakıda iki motosiklet toqquşdu:
-
11 İyul 2026 10:31
Media rəhbəri:
-
08 İyul 2026 14:44
Xanımı Messini belə təbrik etdi
-
08 İyul 2026 12:04
İctimai fəal
-
06 İyul 2026 12:23
Faktiki hava:
-
03 İyul 2026 14:45
Magistratura imtahanlarının nəticələri elan olundu
-
02 İyul 2026 16:43
“Konstitusiya” Araşdırmalar Fondu vətəndaşlara ödənişsiz hüquqi dəstək göstərməyə başladı
-
02 İyul 2026 13:26
Ukrayna bombalandı
-
01 İyul 2026 13:07
Sabah hava necə olacaq?
-
30 İyun 2026 12:24
Əsərləri hərbi muzeyləri bəzəyən rəssam












