Mədəniyyət Nazirliyinin şöbə müdiri deyib ki, dövlət hər kəsə dəstək versə, bütün işsiz-gücsüz adamlar kitab yazacaq. Bu fikir həm yalnışdır, həm də yaradıcı prosesin incəliklərini kobudcasına təhrif edir. Yaradıcılığı yalnız sosial-iqtisadi vəziyyətlə ölçmək, yaradıcı insanları “işsiz-gücsüz” kateqoriyasına salmaq, ədəbiyyatın dərinliyini və motivlərini anlamamaq deməkdir.
Tolstoy, Dostoyevski, Orxan Pamuk, Çingiz Aytmatov, Anar kimi böyük yazıçılar heç də işsiz deyildilər, ancaq möhtəşəm əsərlər yaradıblar..
Əgər məqsəd keyfiyyətsiz əsərlərə diqqət çəkməkdirsə, dil və üslub səviyyəli, meyar isə obyektiv və əsaslandırılmış olmalıdır. Yaxşı əsəri pisdən ayırmaq üçün primitiv yanaşma yolverilməzdir.
Yaradıcı olmaq iş deyil, düşünmək, cəmiyyətə dəyər qatmaqdır. Əgər müvafiq sahəyə rəhbərlik edən şəxs bunu anlamırsa, bu, ədəbiyyat və yaradıcılıq üçün ciddi təhlükədir. Yaradıcılığı sırf sosial-iqtisadi vəziyyətlə məhdudlaşdırmaq və onu kiçiltmək həm gülünc, həm də zərərlidir.













