1000-ə yaxın şəxsə əks göstəriş sertifikatı verilib

“Bu günə qədər ümumilikdə 1000-ə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks göstəriş sertifikatı alıblar”.

Gununsesi.info-un məlumatına görə, bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Stasionar xidmətin təşkili sektorunun müdiri Aytən Sultanova bildirib.

Onun sözlərinə görə, COVID-19 peyvəndi vurdurmağa qarşı əks göstərişlər idarəolunmayan epilepsiya, kəskin koronar sindrom, allergik və onkoloji xəstəliklərə görə, hamiləliyə, südverməyə görə, qan-damar sisteminin ağır xəstəlikləri, xroniki qaraciyər və böyrək xəstəliklərinə görə verilib.

Gununsesi.info