Ancelina Coli ilə Bred Pittin qızı tanınmaz halda

Bred Pittlə Ancelina Colinin 3 yaşından bəri oğlan olmağa qərar verən qızları Şaylo fikrini dəyişib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, özünü Con adlandıran qızcığazın oğlan olmaq qərarına və qəribəliyinə əvvəllər valideynləri müdaxilə etmirdi. O, fərqlənmək üçün həmişə qısa saç düzümlərinə və oğlan geyimlərinə üstünlük verirdi. Hətta Ancelinanın qızının cinsiyyətini dəyişdirməsinə müsbət yanaşdığı xəbərləri dolaşırdı.

Məlum olub ki, indi bu prosedur sual altındadır. Deyəsən Şaylo kişi olmaq fikrini dəyişib. Son fotolarından görünür ki, ulduzların 14 yaşlı qızı artıq qız kimi geyinməyə, saçlarını uzatmağa, qulaqlarına isə sırğa taxmağa başlayıb.

Gununsesi.info