
Bakı Olimpiya Stadionunda Avropa çempionatının A qrupunun Uels – İsveçrə oyununun açılış mərasimi keçirilib.
İlk olaraq meydanın mərkəzində böyük pankart açılıb və AVRO-2020-nin rəsmi himni səsləndirilib.
Daha sonra hər iki yığma komandanın nəhəng formaları təqdim edilib.
Qarşılaşma saat 17:00-da start götürəcək.
Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels matçı ilə yanaşı, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. (report)
Gununsesi.info