Ərdoğan TƏLİMAT VERDİ: “Həqiqət əməliyyatı” başlayır

“”Yalan əməliyyatı”na qarşı “həqiqət əməliyyatı” keçirəcəyik”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının toplantısında çıxış edərkən deyib.

“Təbliğat-media şöbəsinin vəzifəsi həqiqəti anlatmaq, təşkilat şöbəsinin vəzifəsi isə həqiqətləri 11 milyon üzvümüzə çatdıraraq vətəndaşlarımıza düzgün anlatılmasını təmin etməkdir. Yay dönəmində də meydanlara çıxıb həqiqətləri anladacağıq”, – deyə Türkiyə lideri təlimat verib.

Ölkə başçısı həmçinin CHP sədri Kamal Kılıçdaroğlunun reallı əks etdirməyən açıqlamalar verdiyini bəyan edib.