Qorxulu hadisə: Təyyarə uçuş zolağından çıxdı – Yaralılar var

ABŞ-ın Havaydakı hərbi bazasında döyüş təyyarəsinin uçuş zolağından çıxaraq yaxınlıqdakı körfəzə çırpılması nəticəsində 9 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, hadisə yerli vaxtla saat 14:00 radələrində baş verib. Havaydakı dəniz bazasında hərbi təyyarə Kaneohe körfəzinə düşüb.

Hərbi rəsmilər qeyd ediblər ki, P-8A qırıcı təyyarəsinin Havaydakı dəniz bazasındakı uçuş-enmə zolağından çıxmasının səbəbi hələlik məlum deyil.

Sahil Təhlükəsizlik Komandanlığı təyyarədə yaralanan 9 nəfərin xilas edildiyini, axtarış-xilasetmə işlərinin sona çatdığını açıqlayıb. Bölgədəki hava şəraiti ilə əlaqədar görmənin azaldığı bildirilir.

Gununsesi.info