
Xəbər verdiyimiz kimi, avqustun 30-da Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib.
İlkin mərhələdə Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Gəncə-Daşkəsən, Quba-Xaçmaz regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan 11 mindən çox ibtidai sinif müəllimi test imtahanlarında iştirak eib.
Gununsesi.info imtahanda ən yüksən nəticə – 60 bal toplamış müəllimlərdən bir neçəsini təqdim edir:
Şəfəq Məmmədova – Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəb
Səidə Bağışova – Qusar rayonu Urva kənd tam orta məktəb
Xəyalə Xələfova – 245 nömrəli tam orta məktəb
Aysel Məmmədova (soldan birinci) – 320 saylı tam orta məktəb
Əhmədova Günel – Gəncə şəhər 12 saylı tam orta məktəb