Əliyevlə Ərdoğan arasında maraqlı dialoq - Video

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Naxçıvana rəsmi səfər edib. Türkiyə liderini Naxçıvan Beynəlxalq Hava Limanında Prezident İlham Əliyev qarşılayıb.

Gununsesi.info-nun məlumatına görə, rəsmi qarşılanma mərasimi zamanı iki ölkə lideri arasında maraqlı dialoq yaşanıb.

Belə ki, Ərdoğan Naxçıvanda havanın yağışlı olmasına işarət edərək Türkiyədə havaların isti keçməsini qeyd edib: “Qardaşım, bizdə hava çox istidir”.

Ərdoğanın şərhinə təbəssümlə cavab verən İlham Əliyev isə yağışın yeni başladığını bildirib: “Leysan gedir. Bərəkətdir”.

 

Gununsesi.info