
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Əli Məsimli şəhid adlarının əbədiləşdirilməsi məsələsinə toxunub.Millət vəkili bu məslədən danışarkən bildirdi ki,aprelin əvvəllərində Şəkidə “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin təşəbüsü və bir sıra digər qeyri-hökümət təşkilatlarının və ictimai fəalların iştirakı ilə Vətən Müharibəsində həlak olmuş şəhidimizin hər birinin şərəfinə Şəki rayonu ərazisində bir ağacın əkilməsi”ni nəzərdə tutan layihə həyata keçirilib.Həmin layiihə çərçivəsidə şəhidlərimizin əziz xatirəsinə 3100-dən artıq ağac əkildi. ADPU-nun Şəki filialının ərazisində “Zəfər parkı” salındı.Eyni zamanda yaşıllaşmaya ehtiyacı olan yerlərdə və şəhidlərin məzarları ətrafında onların xatirəsinə ağaclar əkildi. Əli Məsimli həmin ağacların əksər hissəsini verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təşəkkür etdi və bu layihəni qanunverici,icraedici,yerli icra strukturlarının və qeyri hökumət təşkilatlarının bircə səyi ilə realladırılan çox zəruri bir təşəbbüs modeli adlandırdı.
Əli Məsimli öz çıxışında bildirdi ki, ağacəkmə tədbrlərimizdə iştirak edən şəhid valideynləri bir sıra istəklərini də bildirdilər. “Şəhid ailələrini ən çox narahat edən məsələ övladının adının əbədiləşdirilməsi ilə bağlıdır. Elə kənd var ki, onun sadəcə bir şəhidi var. Ancaq həmin şəhidin adı nə məktəbə, nə də küçələrə verilə bilir. Çünki qanunvericilikdə qoyulan tələblərlə bunu etmək olmur”.Məsələn, Şəkinin Suçma kəndində olarkən şəhid atası həmin kənddəki məktəbin onun şəhid övladının adına verilməsini istəyini bildirdi.Bununla əlaqədar Əli Məsimli hesab edir ki, şəhid ailələrinin bu cür istəklərini kerçəkləşdirməkdən ötrü qanunvericilikdəki tələblər sadələşdirilməli, kəndlərdə küçələr yaradılmalı və şəhidlərimizin adının verilməlidir. Əli Məsimli digər bir ciddi məsələyə də toxunaraq bildirdi ki, şəhid məzarlarına əklil qoyarkən aydın göründü ki,İkinci Qarabağ müharibəsi şəhidlərinin qəbirüstü abidələri çox yaxşı hazırlanıb,amma Birinci Qarabağ müharibəsində şəhid olanların qəbirüstü abidələri artıq köhnəlib. Ona görə də deputat Birinci Qarabağ müharibəsində şəhid olanların qəbirüstü abidələrinin təzələnməsini təklif etdi.
Gununsesi.info