
Bu gün Əfqanıstanın Herat vilayətində baş verən 6,4 maqnitudalı zəlzələ nəticəsində ən azı 2 nəfər ölüb, 125 nəfər xəsarət alıb.
Gununsesi.info xəbərinə görə, bu barədə “Hasht-e Subh Daily” qəzeti məlumat yayıb.
Dağıntı və tələfatın miqyası dəqiqləşdirilir.
Zəlzələnin ocağı Heratdan 36 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib. Daha sonra 5,6 maqnitudalı növbəti təkan qeydə alınıb.
Bundan əvvəl oktyabrın 11-də Əfqanıstanda 6,4 maqnitudalı zəlzələ minlərlə insanın ölümünə yol açıb.
Gununsesi.info