Zelenskidən NATO açıqlaması

Ukrayna prezidenti Vladimir Zelenski, Kiyevin NATO-ya üzv olmaq yolunda təhlükəsizlik zəmanətinə ehtiyac duyduğunu bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Münhen Təhlükəsizlik Konfransında çıxış edən Zelenski deyib ki, NATO-ya gəldikdə, liderlər və dostlar arasında bu mövzuda müzakirələr davam edir: “Ukraynanın təhlükəsizlik zəmanətinə ehtiyacı var. Biz dikbaş deyilik, ağlı başında olan insanlarıq, başa düşürük ki, NATO-ya görə çoxlu risklər var. NATO üzvləri arasında ortaq mövqe yoxdur. Hamı deyir ki, NATO üzvlüyünə qədər hələ çox yolunuz var. Öyrənmək istədiyimiz tək şey nə qədər vaxta ehtiyac olmasıdır, bu illərlə ölçülürmü? Mənə deyin, bu müddət ərzində müvafiq ölkələrdən təhlükəsizlik zəmanəti almağımız ədalətli deyilmi? Diplomatik təhlükəsizlik təminatları”.

Gununsesi.info