Ukrayna Prezident Ofisi Baxmutun işğalını təkzib etdi - FOTO/YENİLƏNDİ

Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov ölkə lideri Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyinin təsdiqlədiyinə dair mətbuatda yayılan məlumatı təkzib edib.

Bu barədə o, “Facebook”da yazıb.

HTML tutorial

Nikiforov Zelenskiyə ünvalanan sualın fərqli olduğuna bildirib:

“ – Rusiyalılar bildiribər ki, Baxmutu alıblar.

Prezidentin cavabı:

– Fikrimcə, yox.

Beləliklə, Prezident Baxmutun alındığını təkzib edib”.

11:20

Ukrayna prezidenti Vladimir Zelenski G7-nin Xirosimada keçirilən sammitində Donetsk vilayətinin Baxmut şəhərinin ukraynalı müdafiəçilər tərəfindən itirilməsini təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Məlumata görə, şəhərin Ukrayna qüvvələrinin nəzarətində olub-olmaması sualı ABŞ prezidenti Co Baydenlə Yaponiyada görüşdən əvvəl jurnalistlər tərəfindən verilib.

“Düşünürəm ki, yox”, – Ukrayna dövlətinin başçısı bildirib. “Bu gün Baxmut yalnız bizim qəlbimizdədir”, o əlavə edib.

Gununsesi.info