Yoxsulluq son 22 ildə ilk dəfə artıb - Antonio Quterreş 

“2020-ci ildə dünyada yoxsulluğun səviyyəsi son 22 ildə ilk dəfə artıb”.

Gununsesi.info TASS-a istinadla xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş açıqlayıb.

“Gözlənildiyi kimi, həssas məqamda, həmçinin münaqişələr şəraitində iqtisadi aktivliyin düşməsi əlavə olaraq 18 milyondan 27 milyonadək insanı yoxsulluğa məruz qoyacaq”, – o bildirib.

A.Quterreş dünyada gender bərabərsizliyinin kəskinləşdiyini də vurğulayıb.

Gununsesi.info