Yaxın günlərdə Tağıyevin heykəlinin açılışı olacaq - Eldar Əzizov

Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı ilə bağlı işlər davam etdirilir.

Gununsesi.info-nun məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O qeyd edib ki, heykəlin açılışı üçün hazırda heykəltəraşlar və mütəxəssislər tərəfindən hazırlıq işləri aparılır:

“Hazırda proses davam edir. Ola bilər ki, yaxın günlərdə heykəlin açılışı olsun. İşlərin gedişi mütəxəssislərin fəaliyyətindən asılı olacaq.”

Gununsesi.info