
Yeni Azərbaycan Partiyası strukturlarında çalışan işçilərin maaşı artırılıb.
Gununsesi.info–nun xəbərinə görə, hakim partiyanın rayon-şəhər təşkilatlarının rəhbərləri 3 min manat, partiyanın aşağı strukturlarında çalışanların maaşı isə 1600-2000 manata çatdırılıb.
Bundan başqa hakim partiya mərkəzi aparat rəhbərliyi və rayon-şəhər təşkilatlarının sədrləri üçün yeni avtomobillər alıb.
Məlumata görə, Avropa istehsalı olan avtomobillərin qiyməti 70-80 min manat dəyərindədir.
Afət
Gununsesi.info