
ABŞ-ın keçmiş prezidenti Bill Klinton 51-ci bölgəyə yadplanetlilərin olub-olmamasını öyrənmək üçün federal agentlər göndərdiyini etiraf edib.
Gununsesi.info “TRT Haber”ə istinadla xəbər verir ki, o, bu barədə CBS telekanalında yayımlanan tok-şouda yadplanetlilər və 51-ci bölgə haqqında sualları cavablandırıb.
Klinton prezidentliyi dövründə yadplanetlilərlə bağlı həqiqəti üzə çıxarmaq üçün hər cür cəhd etdiklərini bildirib.
“Ancaq bildiyimə görə, yadplanetlilər yoxdur”, – ABŞ-ın keçmiş lideri əlavə edib.
Gununsesi.info