Yəmən ordusunun əməliyyatı zamanı 13 husi öldürülüb

  • By admin
  • 25 Oktyabr 2020 09:59

Yəmən ordusu ölkənin şərqindəki Marib şəhərində husilərə qarşı əməliyyat keçirib.

Bu barədə Gununsesi.info “Anadolu” agentliyinə istinadən xəbər verir.

Hərbi mənbələrin verdiyi məlumata görə, ordu birləşmələrinin əməliyyatı Maribdəki El-Maxdara ərazisində təşkil olunub.

Əməliyyat nəticəsində “Ansarullah” hərəkatının (husilər-red) 13 silahlısı öldürülüb. Hərbçilər habelə husilərin mövqelərini də ələ keçiriblər.

Hərbi qulluqçular arasında itkilər haqqında informasiya yoxdur.

 

 

Gununsesi.info