
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Əbülfəzov Sahib Aftandil oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi, sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Gununsesi.info