
Biz – xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları təəssüf hissi ilə bəyan edirik ki, 27 sentyabr 2020-ci il saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Bu, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə mülki əhalinin və obyektlərin atəşə tutmasının qəsdən və hədəflənmiş növbəti təxribatıdır. Ermənistan işğalçı qüvvələrinin təxribatı nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var, çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.
Mülki əhalinin qəsdən hədəfə alınması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyasının kobud surətdə pozulmasıdır. Ümumilikdə isə 1992-ci ilin fevral ayında törədilmiş Xocalı soyqırımı, eləcə də 2020-ci ilin iyulunda – bütün dünyanın COVİD-19 pandemiyası ilə mübarizə apardığı bir vaxtda törədilmiş Tovuz təxribatı Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəfə almasının bariz nümunələridır.
BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının keçirildiyi bir şəraitdə Ermənistan öz hərəkətləri ilə beynəlxalq hüquqa, BMT Nizamnaməsinə zidd münasibətini və beynəlxalq ictimaiyyətə hörmətsizliyini bir daha nümayiş etdirir.
Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin təxribatı dünyaya bir daha ermənilərin işğalçı olduğunu göstərdi. ABŞ Konqresi də Ermənistanı işğalçı ölkə kimi səciyyələndirdi. Bütün bunlardan sonra Ermənistan işğal etdiyi ərazilərdə Cenevrə Konvensiyasının tələblərinə və beynəlxalq hüquqa zidd olaraq qanunsuz məskunlaşdırmalar aparır, Livan, Suriya kimi müxtəlif ölkələrdən terrorçular işğal edilmiş ərazilərə cəmləşdirilir.
BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyən, BMT Baş Assambleyasının 2006-cı və 2008-ci illərdə qəbul olunmuş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələrinə, BMT-nin, Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu beynəlxalq qurumların mövcud pandemiya ilə əlaqədar qəbul etdiyi müraciətlərinə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasətini və təxribatçı hərəkətlərini davam etdirməsi beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən kəskin şəkildə pislənilməlidir.
Biz dünya dövlətlərinə, beynəlxalq təşkilatlara müraciət edərək regionda sülh və sabitliyin təmin olunması üçün Ermənistan dövlətinə işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi üçün təsir göstərməyə çağırırıq.
AVROPA AZƏRBAYCANLILARI KOORDİNASİYA ŞURALAR
Almaniya Azərbaycanlıları Koordinasiya Şurası Fransa Azərbaycanlılarının Koordinasiya Şurasıİsveçrə Azərbaycanlılarının Koordinasiya ŞurasıNiderland-Belçika Azərbaycanlılarının Koordinasiya ŞurasıSkandinaviya Azərbaycanlıları Koordinasiya Şurası (Finlandiya, İsveç, Norveç, Danimarka)İtaliya Azərbaycanlıları Koordinasiya Şurası (Malta)İspaniya Azərbaycanlıları Koordinasiya Şurası Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurası (Latviya, Litva, Estoniya)Polşa Azərbaycanlıları Koordinasiya ŞurasıŞərqi Avropa Azərbaycanlıları Koordinasiya Şurası(Macarıstan, Monteneqro, Yunanıstan, Rumıniya, Çexiya, Serbiya, Albaniya, Xorvatiya, Slovakiya)Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının idarə heyətinin tərkibi
AVSTRİYA
Avstriya Azərbaycanlıları Birliyi Fərid Əzizov“Azer Der” Cəmiyyəti Yardım Günəş
İSRAİL
AZİZ Lev Spivakİsrail Azərbaycan Ev
GÜRCÜSTAN
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi“Borçalı İrəli” İctimai BirliyiM.F.Axundov adına Azərbaycan Mədəniyyət MuzeyiGürcüstanda yaşayan Azərbaycanlı Məktəbli Gənclərin Mədəniyyət MərkəziGürcüstanın Azərbaycanlı Hüquqşünaslar AssosiasiyasıGürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası
UKRAYNA
“Ukrayna Azərbaycanlılarının Radası”
RUSİYA
“Moskva Azərbaycanlıları İcması”“Moldova Azərbaycanlıları Konqresi”“Azərbaycan-Ural” İctimai Təşkilatı“Azərbaycan Diasporası”nın Arxangelsk regional təşilatıŞimali Osetiya-Alaniya Respublikası “Azərbaycanlılar Konqresi”Rusiya Azərbaycanlıları Diaspor Təşkilatlarının KonfederasiyasıPerm azərbaycanlılarının Milli-Mədəni MuxtariyyətiSankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti“Dostluq” Azərbaycan Primorye ictimai təşkilatı“Samara Vilayəti Azərbaycanlılarının Liqasi”
QAZAXISTAN
“Azərbaycanlılar Assosiasiyası” Respublika İctimai Birliyi“Birlik” azərbaycanlı icmasının sədri “Namus” Azərbaycan Milli-Mədəniyyət Mərkəzi”Ozan” Almatı şəhər Azərbaycanlıların Cəmiyyəti “Turan” Azərbaycanlıları Konqresi Respublika İctimai Birliyi“Novruz” Azərbaycan Etno-Mədəni Mədəniyyət Mərkəzi “Ata Yurd-Nomad” Azərbaycan Etnomədəni Respublika İctimai Birliyi“Türküstan vilayəti “Qarabağ” Azərbaycan Etnomədəni Birliyi””Heydər” Gənclər Birliyinin sədri“Xəzər” Azərbaycan etnomədəni birliyiYeni Yol-“Novıy put” kəndində “Nəsimi” Azərbaycan Mədəniyyət Mərkəzi“Heydər” Xeyriyyə Cəmiyyəti“Azbirlik” Etno-mədəni Birliyinin sədri“Dostluq” Azərbaycan Etno-Mədəni Birliyi“Dostluq” Azərbaycan Mərkəzi İctimai birliyi“Novruz” Azərbaycan Mədəniyyət Mərkəzi“Türküstan vilayəti Azərbaycan Mədəniyyət Mərkəzi” rəhbəri“Naxçıvan” Azərbaycanlı etnomədəni mərkəzi” ictimai birliyi“Birlik” Milli-Maarif CəmiyyətiŞərqi-Qazaxıstan vilayətinin “Azərbaycan etno-mədəni birlik” İctimai Birliyi“Mehriban” Azərbaycan Mərkəzi etno-mədəni birliyi“Arzu” Azərbaycan Etno-mədəni İctimai Birliyi“Yasəmən” Azərbaycan Etno-Mədəni Mərkəzi
ÖZBƏKİSTAN
Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi
QIRĞIZISTAN
“Azəri” İctimai Birliyi
TÜRKİYƏ
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik FonduYeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi (YAYDER)İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İS-TAD)Azərbaycan Təhsil və Kültür DərnəyiBursa Azərbaycan Kültür Dərnəyi Eskişəhər Azərbaycanlılar DərnəyiGənc Azərbaycanlılar DərnəyiKocaeli Derince Azərbaycan Evi DərnəyiTürkiyədəki Azərbaycanlı İş Adamları BirliyiQars Azərbaycan Evi DərnəyiTürkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF)TADDEF-Ankara Azərbaycan Kültür və Həmrəylik Dərnəyi“Can Azərbaycan” Media ŞirkətiManisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyiİğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə DərnəyiTürkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER)Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) Iğdır Azərbaycan EviAdana Azərbaycan Kültür və Dayanışma DərnəyiAdana Azərbaycan İş və Məslək Sahibi Qadinlar DərnəyiAntalya Azərbaycan Evi DərnəyiAntalya Azərbaycan Kültür və Dayanışma Dərnəyiİzmir Azərbaycan Qardaşlıq və Əməşdaşlıq Dərnəyi (AKİDER)İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyiİzmir Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi“Çağdaş” Azərbaycan Kültür DərnəyiEdirne Azərbaycan Evi DərnəyiTürkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) Iğdır şöbəsiİstanbul Azərbaycan Kültür EviAzərbaycan Türkləri və Dost Dərnəklər FederasiyasıTurgutlu Azərbaycan Kültür DərnəyiAnkara Azərbaycan Evi DərnəyiAmasya Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma DərnəyiAzərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma MərkəziAzərbaycanlı Həkimlər Dərnəyi (AHD)İstanbul-Azərbaycan Dostluq Dərnəyi“Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi
Gununsesi.info