
Xalq artisti Brilliant Dadaşova üzlərini fotoşop proqramları və effektlərlə dəyişən xanımlara irad bildirib.
Gununsesi.info xəbər verir ki, müğənni işığın düz qurulmamasından gileylənib. O bildirib ki, foto çəkdirən zaman işıqlar düz qurularsa, montaja ehtiyac olmaz.
“Elnura (stilist Elnur Həsənov) deyirəm ki, fotoqraflar işığı düz qursalar, “retuş”a ehtiyac olmaz. Buyur, fotoşopsuz. Yoxsa üzü mumiyaya oxşadırlar”, – B.Dadaşova qeyd edib.
Gununsesi.info