
Vatsap sosial şəbəkəsi fevralın 8-də istifadəçi müqaviləsinə tətbiq edəcəyi yeniləməni təxirə saldığını elan edib.
Gununsesi.info xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.
Şirkət yeniləmənin tətbiqetmə tarixini mayın 15-ə keçirib.
Qeyd edək ki, Vatsap 2021-ci ilin 8 fevral tarixindən yeni xidmət şərtlərinin və yeni gizlilik siyasətinin tətbiq olunacağını bəyan edib.
İstifadəçilərə dair məlumatlar messencerin sahibi olan Feysbuk şirkətinə ötürüləcək.
Gununsesi.info