
“Son günlərdə koronavirusa yoluxma halının sürətlə artmasını və ölkədəki hərbi vəziyyəti də nəzərə almaqla müvafiq qərar verilib. Vətəndaşlarımızdan bunu anlayışla qəbul edəcəyini düşünürük”.
Gununsesi.info-nun məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev Nazirlrə Kabineti yanında Operativ Qərargahın birifindində bildirib.
E.Əmrullayevq eyd edib ki, yoluxma sayının artması təhsil müəssisələrində də artıma təkan verə bilər:
“Bunu nəzərə alaraq iki həftəlik müddətə ölkə ərazisində bütün məktəblərdə tətil elan olunub. İnanmaq istəyirik ki, iki həftə ərzində virusun yayılmasını azalda bilərik.
Sentyabrın 27-dən qonşu Ermənistanın təcavüzü nəticəsində həm təhsil müəssisələri, həm də mülki əhaliyə qarşı raket hücumu həyata keçirilib, cəbhədə 40-a qədər məktəbə ziyan dəyib. 1221 təhsil müəssisəsi bu səbəbdən distant təhsilə keçib”.
Nazir qeyd edib ki, yoluxma sayındakı artım səbəbilə sentyabrın 15-dən oktyabrın 5-dək cəmi 2 məktəb bağlanmışdı:
“Amma son günlər hər gün 10-15 məktəbi bağlamağa məcbur olurduq.
İnanmaq istəyirəm ki, cəmiyyətin davranışları nəticəsində virusun yayılma zənciri qırılacaq və noyabrın 2-dən etibarən dərslərə davam edəcəyik”.
Gununsesi.info